Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Rəsədxanada gənc alimlər üçün təşkil olunmuş "LaTex" kursunun növbəti seminarı keçirilib
18.08.2021 17:32
  • A-
  • A
  • A+

Rəsədxanada gənc alimlər üçün təşkil olunmuş "LaTex" kursunun növbəti seminarı keçirilib

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) gənc alim və mütəxəssislər üçün təşkil olunmuş onlayn "Latex" kursunun növbəti seminarı keçirilib.

Seminarı "Gənc alim və mütəxəssislər Şurası"nın sədri Əminə Hümbətova açaraq məruzənin mövzusu haqqında iştirakçılara məlumat verib.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının "Təhsil" şöbəsinin kompüter operatoru Cəmilə Əzimova “LaTex proqramında yeni məqalə yaradılması və təhlili” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi çıxışında "LaTex"də yeni məqalənin yaradılması ilə bağlı nəzəri bilikləri seminar iştirakçılarına çatdırmaqla yanaşı, həmin əməliyyatları praktiki olaraq proqramda nümayiş etdirib. "Style" fayla uyğun olaraq düsturların yazılması, cədvəllərin yaradılmasını əyani şəkildə göstərib.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: