Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

ABŞ alimləri termonüvə birləşməsi əldə edib
20.08.2021 16:38
  • A-
  • A
  • A+

ABŞ alimləri termonüvə birləşməsi əldə edib

ABŞ-ın Kaliforniya ştatının Livermore şəhərindəki “National Ignition Facility” Araşdırma İnstitutu nüvə birləşməsi tədqiqatında çoxdankı hədəfinə çatmaq ərəfəsindədir.

NIF-in tədqiqatçıları hidrogen yanacağının qızdırılması və sıxılması üçün güclü lazerdən istifadə edərək yeni termonüvə birləşməsi əldə edib.

Qeyd edək ki, yeni tədqiqatın əsas məqsədi, çox yüngül iki nüvəni birləşdirərək daha ağır nüvə meydana gətirmək və bu zaman meydana gələn enerjidən istifadə etməkdir. Amma bunu təcrübə ilə əldə etmək olduqca çətindir. Çünki nüvələr müsbət elektrik yükü daşıyır və bir-birlərinə yaxınlaşmaq istəyəndə böyük qüvvə ilə bir-birlərini itələyirlər.

Bunların birləşməsini təmin etmək üçün aralarındakı itələmə qüvvəsindən daha böyük qüvvədən istifadə edilməlidir. Lazım olan kinetik enerji 20-30 milyon dərəcəlik temperatura bərabərdir. Bu, çox yüksək temperaturdur və indiyədək termonüvə reaksiyasına girən maddəni daşıyan heç bir bərk məmulat bu temperatura tab gətirə bilməyib. Termonüvə reaksiyaları Günəşdə hər an təbii şəkildə baş verir. Günəşin temperaturu və işığı hidrogen nüvələrinin birləşərək heliuma çevrilməsi və nəticədə itən maddənin əvəzinə enerji hasil olması ilə meydana gəlir. Günəş saniyədə 564 milyon ton hidrogeni 560 milyon ton heliuma çevirir. Yerdə qalan 4 milyon ton qaz maddəsi isə enerjiyə çevrilir. Yerdəki canlılar aləmi üçün həyati əhəmiyyətə malik günəş enerjisini meydana gətirən bu hadisə milyonlarla ildir ki, fasiləsiz davam edir.

Təcrübə nəticəsində ayrılan enerji ilə ötürülən enerjinin sintezi zamanı  "alovlanma" yaranıb. Günəşə enerji verən termonüvə birləşməsinin istifadəsi sonsuz enerji mənbəyinə çevrilə bilər.

Əməliyyat məhdudlaşdırma füzyonu adlanan bu prosesdə, dünyanın ən yüksək enerji nümunəsi olan NIF lazerindən 192 şüa, hidrogen elementinin fərqli formaları olan deuterium və tritium olan noxud ölçülü bir kapsula yönəldilib. Bu, yanacağı qurğuşun sıxlığından 100 qat artıq sıxlaşdırır və 100 milyon selsiyə qədər qızdırır. Bu şərtlər termonüvə birləşməsini başlamağa kömək edir.

NIF-ə ev sahibliyi edən Lavrence Livermore Milli Laboratoriyasının fiziki Debbie Callahan bildirib ki, bu birləşmə termonüvə enerjisinin alınmasında böyük bir irəliləyişdir. Mərkəzin həmtəsisçisi Prof Ceremy Çittenden də elmi təcrübəni termonüvə enerjisi istehsalında nailiyyət kimi qiymətləndirib. NIF elm adamları "sintez plazma" adlandırdıqları termonüvə əldə etdiklərinə inanırlar.  Burada sintez reaksiyası özü sintez üçün istilik verir. Prosesin özünü təmin etməsi çox vacib yenilikdir.

Dr Callahan qeyd edib ki,  özünü davam etdirən yanğın yüksək məhsuldarlıq üçün zəruridir: “Yanma dalğası çoxlu termonüvə birləşmə enerjisi əldə etmək üçün yüksək sıxlığa malik yanacağa yayılmalıdır”.

Alimlər növbəti addım olaraq təcrübənin təkrarlanmasını planlaşdırırlar. Təkrar təcrübələr ekspremental elm üçün vacibdir. Tədqiqatçılar bildiriblər ki, təkrar təcrübələr zamanı termonüvə enerjisində hansı dəyişikliklərin yaranacağını öynərək bundan sonra elmi nailiyyətimizi artıracağıq: “Əgər biz  yanacağın uzun müddət yanmasını təmin etməyi həll edə bilsək, alov ilə daha yüksək termonüvə enerjisinə nail ola biləcəyik”.

Mövcud nüvə enerjisi parçalanma adlanan bir prosesə əsaslanır, burada daha ağır kimyəvi maddələr parçalanır yüngül kimyəvi element yaranır. NIF Araşdırma İnstitutu yenilik olaraq,  iki yüngül elementi bir araya gətirərək daha ağır nüvə enerjisi əldə edir.

“National Ignition Facility” Araşdırma İnstitutu nüvə enerjisi sahəsində lazer gücünün  tətbiqində ilk təcrübələrə 2010-cu ilin oktyabrında başlayıb. Mərkəzin digər funksiyası Amerikanın nüvə silahı ehtiyatının təhlükəsizliyini və etibarlılığını təmin etməkdir.

“Xalq qəzeti”

  • Paylaş: