Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Folklor nümunələrinin dövlət qeydiyyatı üçün ərizəçi qismində müraciət edə bilən qurumlar müəyyənləşdirilib
23.08.2021 09:52
  • A-
  • A
  • A+

Folklor nümunələrinin dövlət qeydiyyatı üçün ərizəçi qismində müraciət edə bilən qurumlar müəyyənləşdirilib

“Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması Qaydası” və “Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması barədə Şəhadətnamənin nümunəsi” təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin müvafiq qərarını imzalayıb.

Nazirlər Kabinetinin bu qərarı “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 274-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi”ndə və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1996-cı il 8 oktyabr tarixli 438 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 mart tarixli 1302 nömrəli Fərmanının 4.1-ci və 4.2-ci bəndlərinin icrasını təmin etmək məqsədi daşıyır.

Qərara əsasən Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatı üçün ərizəçi qismində müraciət edə bilən qurumlar  da müəyyənləşdirilib.

“Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması Qaydası”na əsasən ərizəçi qismində aşağıda göstərilənlər müraciət edə bilərlər:

- Mədəniyyət Nazirliyi (və ya nazirliyin tabeliyində və ya yanında olan qurumlar);

- Azərbaycan Milli Elmlər Akademiyası (və ya akademiyanın səlahiyyətli qurumları);

- Mədəniyyət Nazirliyi (və ya nazirliyin tabeliyində və ya yanında olan qurumlar) və Azərbaycan Milli Elmlər Akademiyasının (və ya akademiyanın səlahiyyətli qurumları) müvafiq rəyləri alınmaqla fiziki və ya hüquqi şəxslər.

AMEA (və ya akademiyanın səlahiyyətli qurumları) ərizəçi olduğu təqdirdə, Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatı üçün Əqli Mülkiyyət Agentliyinə təqdim edilən nümunələrin siyahısı, adı (adları), onların mənbəyi, yarandığı yerin coğrafi adı və mənsub olduğu xalq (cəmiyyət) haqqında və digər məlumatlar Mədəniyyət Nazirliyi ilə razılaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: