Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Alimlər ana südündə təhlükəli bakteriyaları öldürən şəkər aşkar ediblər
23.08.2021 17:32
  • A-
  • A
  • A+

Alimlər ana südündə təhlükəli bakteriyaları öldürən şəkər aşkar ediblər

ABŞ biokimyaçıları ana südünün tərkibində şəkərlər qrupuna daxil olan faydalı maddələrin mövcudluğunu aşkar ediblər.

Alimlərin gəldiyi nəticəyə əsasən, bu maddələr yeni doğulmuşların orqanizmində xəstəlik törədən bakteriyaların inkişafının qarşısını alır.

Tədqiqatçılar müəyyən ediblər ki, aşkar edilmiş maddələri oligosakkaridlər təşkil edir. Təcrübələr göstərib ki, mürəkkəb şəkərli molekulların bu qrupu bakterial nazik pərdələrin, təhlükəli bakteriyaların, ağır infeksiyaların, həmçinin streptokokun inkişafının qarşısını almağa qadirdir. Döş südünün faydalı xüsusiyyətləri ananın orqanizminə də yayılır.

"Bu şəkərlər həmçinin uzun müddətdir insanlarda mövcuddur, lakin bakteriyalar indiyə qədər onların təsirinə qarşı dözümlülük qazanmayıb. Bu maddələrin necə işlədiyini anlaya bilsək, onların əsasında antibiotikləri əvəz edən yeni preparatlar yarada biləcəyik" – tədqiqatının müəlliflərindən biri Stiven Taunsend bildirib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının nəticələrinə görə, dünyada bir neçə yüz təzə doğulmuş uşaq məhz analarının süd verməkdən imtinası səbəbindən ölür.

aztibb.az

  • Paylaş: