Yaşı 35-dən yüksək olan qadınların hamilə qalması daha gənc olanlara nisbətən çətindir.
Monreal Universiteti Xəstəxanaların Tədqiqatı Mərkəzinin alimləri bunun səbəbini aşkar ediblər. Onlar güman edirlər ki, gələcəkdə hüceyrə yaranma səviyyəsindəki dövrə müdaxilə etməklə qadınlarda yumurta hüceyrələrini yaxşılaşdırmaq mümkün olacaq.
"Developmental Cell" jurnalında dərc edilmiş tədqiqatda alimlər - Qreq FitsHarris və Aleksandr Mixailoviç yaşlı siçanların meyoz mərhələsində (hüceyrələrin bölünməsinin ən kritik mərhələsində) bəzi xromosomların yavaşlamış hərəkətini aşkar ediblər.
Bu gerilik xromosomların anormal bölgüsünə gətirib çıxarır və beləliklə, düzgün olmayan sayda hüceyrələrin yaranmasına səbəb olur. Bu anomaliya sonsuzluğun əsas səbəblərindən biridir və yaşlı qadınların hamilə qalmasının çətinliyini qismən izah edir.
"Ən yavaş xromosomları hərəkətə gətirmək üçün, meyozu kimyəvi uzatdıq. Yüksək ayırdetmə dəqiqliyinə malik vizuallaşdırma metodlarından istifadə edərək, aşkar etdik ki, bu ləngimə sonsuzluğu məhdudlaşdırır", - deyə Q. FitsXarris qeyd edib.
Bu kəşf hələ ki, laboratoriya hüdudlarından kənara çıxmasa da, süni mayalanma zamanı istifadə edilən toxum hüceyrələrinin keyfiyyətinin artırılması üçün istifadə edilə bilər.