Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Alman alimləri insan zülalı əsasında yara sarğısı yaradıblar
26.08.2021 14:34
  • A-
  • A
  • A+

Alman alimləri insan zülalı əsasında yara sarğısı yaradıblar

Alman alimləri tropoelastinlər əsasında yara sarğı hazırlayıblar.

Ekspertlərin sözlərinə görə, bu material yara səthinin sağalması üçün daha effektivdir.

Tropoelastin zülalının molekulları insan orqanizmində təbii yolla istehsal edilir və elastinin – dəriyə və orqanlara elastiklik xüsusiyyətlərini verən biopolimerin təməl blokudur. Keçmişdə alimlər bilavasitə tropoelastini yaralara yeridərək çapıqların yaranmasını azaltmağa çalışırdılar.

Almaniyanın Fraunhofer adına Materialların və Sistemlərin Mikrostrukturu İnstitutu, Martin Lüter Universiteti və "Skinomics" biotexniki şirkətindən alimlər komandası xroniki, müalicəyə çətin tabe olan yaraların müalicəsində zülaldan hazırlanmış sarğılardan istifadə etmək imkanlarını araşdırıblar.

"Elastin kimyəvi və fövqəladə sabit fermentdir, bioloji cəhətdən insanlara uyğundur və biomaterial kimi istifadə zamanı immunoloji əks-reaksiyalara səbəb olmur", - tədqiqatın müəlliflərindən doktor Kristian Şmelser bildirib.

"Skinomics" artıq sarğının biouyğunluğunu yoxlamaq üçün preklinik sınaqlara başlayıb və hələ ki, ilk testlərin müsbət nəticələri haqqında məlumat verib.

popmech.ru

  • Paylaş: