Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib
30.08.2021 17:48
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında növbəti onlayn astroseminar keçirilib.

Seminarda Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin aparıcı elmi işçisi fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Sabir Əliyev “Qoca ulduz topasının 17 və 21 Com maqnit ulduzlarının kompleks tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi 17 və 21 Com maqnit ulduzlarının pekulyarlıq xüsusiyyətlərindən danışıb. O qeyd edib ki, kompleks tədqiqatlarda bu qoca ulduzların fiziki parametrlərinin təkamül prosesində hansı formada dəyişməsinin cavan ulduzlarla müqayisəsi aparılıb. Tədqiqatlardan alınan nəticəyə görə. təkamül nəticəsində qoca ulduzların maqnit sahəsi azalır və bu ulduzlarda baş ardıcıllığa yenicə daxil olmuş cavan ulduzlarla müqayisədə nadir torpaq elementlərinin xətləri bir qədər zəifləyir.

Sonra suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: