Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Qarabağ - Zəfərə gedən yol” adlı  elmi konfrans keçirilib
31.08.2021 10:58
  • A-
  • A
  • A+

“Qarabağ - Zəfərə gedən yol” adlı elmi konfrans keçirilib

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, AR Silahlı Qüvvələrinin Hərbi Akademiyası, Naxçıvan Müəllimlər İnstitutu və “Elger” Beynəlxalq Elm Mərkəzinin təşkilatçılığı ilə İsveçin Qothenburq Universiteti ilə birlikdə “Qarabağ: Zəfərə gedən yol” mövzusunda XVII Beynəlxalq elmi konfrans keçirilib.

Konfransa Azərbaycan, Qazaxıstan, Türkiyə, İsveç, Ukrayna və Rusiyadan olmaqla 170-dən çox müraciət daxil olub, 95 məqalə elmi heyət tərəfindən dəyərləndirilərək məruzə üçün qəbul edilib və 8 seksiyada elmin bütün sahələri üzrə müzakirələr aparılıb.

Tədbirin təşkilatçıları  açılışda məruzələrlə çıxış edərək İkinci Qarabağ müharibəsi, onun siyasi, iqtisadi, sosial, ekoloji problemləri və perspektivləri barədə qısa məlumat veriblər. Coğrafiya İnstitutunun baş direktoru, c.e.d., dosent Zakir Eminov məruzəsini Qarabağın müasir demoqrafik vəziyyəti və gələcəkdə gözlənilən nəticələrə həsr edib. 

Konfransın yer elmləri və coğrafiya bölməsinə həsr olunmuş və moderatoru  Coğrafiya İnstitutunun şöbə müdiri, c.ü.f.d., dosent Zaur İmrani olan 7-ci seksiyada institut alimlərindən, şöbə müdirləri olan dosentlər, c.e.d. Nəriman Paşayev, coğrafiya üzrə fəlsəfə doktorları Mirnuh İsmayılov, Sevil Quliyeva, Sima Əliyeva, Kəmalə Zeynalova və institutun digər əməkdaşları çıxış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: