Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi müəssisələrində “Azərbaycan Respublikasında 2022-2030-cu illər üzrə elmin dayanıqlı inkişafı üzrə milli strategiya”ya təkliflər hazırlanır
07.09.2021 12:25
  • A-
  • A
  • A+

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi müəssisələrində “Azərbaycan Respublikasında 2022-2030-cu illər üzrə elmin dayanıqlı inkişafı üzrə milli strategiya”ya təkliflər hazırlanır

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclasında AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev AMEA-nın 27 may 2021-ci il tarixli Ümumi yığıncağının və Rəyasət Heyətinin “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə elmin dayanıqlı inkişafı üzrə milli strategiyanın hazırlanması haqqında” müvafiq qərarlarının icrasından irəli gələn vəzifələrdən danışıb.

Akademik qeyd edib ki, torpaqlarımızın erməni işğalından azad edilməsi, dağıdılmış ərazilərdə irimiqyaslı quruculuq işlərinə başlanılması, ölkəmizdə aparılan innovativ islahatlar, biliklər iqtisadiyyatının formalaşması, smart texnologiyalara əsaslanan infrastruktur layihələrinin icrası, IV sənaye inqilabının Azərbaycanda Regional Mərkəzinin yaradılması, enerji təhlükəsizliyinə dair layihələrin həyata keçirilməsi, dünyanın qlobal çağırışları və digər məsələlərlə bağlı Azərbaycan elminin, habelə FRTEB-in müəssisələrinin qarşısında ciddi, taleyüklü vəzifələr dayanır.

Alimin sözlərinə görə, həmin vəzifələrin həyata keçirilməsi Bölmənin elmi müəssisələrini öz kadr potensialını gücləndirmək, prioritet elmi istiqamətlərə diqqəti artırmaq, beynəlxalq elmi əlaqələri genişləndirmək və müasir elmi-texnoloji nailiyyətlərə əsaslanmaqla tədqiqatlar aparmağı zəruri edir.

Bölmənin Ümumi yığıncağı tərəfindən AMEA-nın 27 may 2021-ci il tarixli Ümumi yığıncağının və Rəyasət Heyətinin 09 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə elmin dayanıqlı inkişafı üzrə milli strategiyanın hazırlanması haqqında” qərarından irəli gələn vəzifələrin Bölmənin elmi müəssisələrində geniş müzakirə olunması və təkliflərinin hazırlanaraq FRTEB-ə təqdim edilməsi barədə müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: