Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Tarix Muzeyinin əməkdaşı vebinarda çıxış edib
07.09.2021 12:48
  • A-
  • A
  • A+

Tarix Muzeyinin əməkdaşı vebinarda çıxış edib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov Türkiyənin Bilge İnsanlar Strateji Araşdırmalar Mərkəzinin (BİLGESAM) təşkil etdiyi vebinarda “Cənubi Qafqazda ilk erməni-azərbaycanlı münaqişəsi (1905-1906)” adlı mühazirə ilə çıxış edib.

Mühazirədə münaqişənin tarixi kökləri, gedişi və nəticələri, 1905-1906-cı il hadisələrinin ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi sonrakı qətliamlar və terror aktları ilə oxşarlıqları ətraflı təhlil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: