Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Arxeoloqlar 4 min yaşı olan şar aşkarlayıb
08.09.2021 09:35
  • A-
  • A
  • A+

Arxeoloqlar 4 min yaşı olan şar aşkarlayıb

Lankaşir Universiteti və Şotlandiya Milli Muzeyinin arxeoloqları Tresnes körfəzində olan adada məzardan nadir əşyalar tapıblar.

Bildirilir ki, bu ərazidə qazıntılar 2017-ci ildən davam edir və məzarlıq eroziyaya uğradığı üçün mütəxəssislər araşdırmalarını tezləşdirirlər.

"Bir qrup arxeoloq Şotlandiyanın Orkney Adalarında yerləşən çoxkameralı bir məzarda dörd min ildən çox yaşı olan iki sirli cilalanmış və şar şəklində olan əşya aşkar edib. Hər iki topun diametri təxminən beş santimetrdir. Mütəxəssislər onlardan birinin mükəmməl sferik bir formaya malik olduğunu deyirlər",-məqalədə yazılıb.

Bildirilir ki, bu əşyaların nə üçün nəzərdə tutulduğu hələlik aydın deyil. Ekspertlər artefaktların silah, ritual və ya fal üçün nəzərdə tutulmuş əşyalar olduğunu ehtimal edirlər. Habelə onlardan dərini emal etmək, hətta inşaat bloklarının hərəkət etdirilməsində istifadə edilə biləcəyi də fərziyyələr sırasındadır. Ümumilikdə isə Orkney Adalarında Neolit dövrünə aid təxminən 20 belə şar tapılıb və elm adamları onların hər birini inanılmaz bir tapıntı hesab edir.

Qeyd edək ki, tədqiqatçılar şarlardan əlavə insan və heyvan qalıqlarını, keramika və müxtəlif daş əşyaları - bıçaq, çəkic, qazan qapaqları və ox başlarını da tapıblar.

azvision.az

  • Paylaş: