Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Tarix Muzeyinin əməkdaşları beynəlxalq konqresdə çıxış ediblər
08.09.2021 12:42
  • A-
  • A
  • A+

Tarix Muzeyinin əməkdaşları beynəlxalq konqresdə çıxış ediblər

6-8 sentyabr 2021-ci il tarixlərində Azərbaycan, Türkiyə, Makedoniya, Bosniya, Özbəkistan, Çeçenistan, Qazaxıstan, Qırğızıstan, Bolqariya, Gürcüstan, İnquşetiyanın bir sıra elmi-tədris müəssisələrinin təşkilatçılığı ilə onlayn formatda beynəlxalq konqres keçirilib.

Tarix elmləri doktoru, professor Kamil İbrahimovun xatirəsinə həsr edilmiş müxtəlif mövzulu bölmələrdən ibarət “Balkanlar, Anadolu, Qafqaz və Türküstanın (Mərkəzi Asiya) coğrafiyası, sənəti, mədəniyyəti, tarixi və folkloru” adlı I Beynəlxalq Konqresində AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin 12 əməkdaşı məruzə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: