Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

MEK tərəfindən metodik görüş keçirilib
08.09.2021 17:16
  • A-
  • A
  • A+

MEK tərəfindən metodik görüş keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) İnnovativ layihələr və metodik təminat şöbəsinin təşkilatçılığı ilə AMEA-nın elmi-tədqiqat institutları kitabxanalarının fəaliyyəti ilə tanışlıq, onlara metodik köməklik göstərmək, qabaqcıl təcrübənin öyrənilməsi və təbliği məqsədilə kitabxanaçılar arasında növbəti dəfə onlayn metodik görüş keçirilib.

Metodik görüş zamanı təşkilatçı şöbənin müdiri Səyyarə Məmmədova çıxış edərək, iştirakçıları 2021-2022-ci illər üçün metodik təminat istiqamətində görüləcək işlər, kitabxana işi ilə bağlı oktyabr ayından başlayaraq təşkil olunacaq təlimlər, eləcə də təlim proqramları haqqında məlumatlandırıb.

Görüşdə AMEA-nın elmi-tədqiqat institutları, kitabxanalarının fəaliyyəti, fondlarının vəziyyəti, elektron kitabxanaların yaradılması problemləri, kitabxana proseslərinin optimallaşdırılması və modernləşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi, elektron kitabxana, elektron kataloqların yaradılması və qorunması, virtual kitabxana xidmətləri haqqında fikirlər dinlənilib və  suallara aydınlıq gətirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: