Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Naxçıvan Bölməsində elmi konfrans keçiriləcək
09.09.2021 17:22
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində elmi konfrans keçiriləcək

Məlum olduğu kimi, AMEA Rəyasət Heyəti “Görkəmli sənətşünas alim, sənətşünaslıq elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Kərim Kərimovun anadan olmasının 100 illik yubileyi haqqında” qərar qəbul edib.

Qərarda AMEA Naxçıvan Bölməsinə görkəmli alimin yubileyi ilə bağlı konfransın keçirilməsi tapşırılıb.

Həmin qərarın icrasını təmin etmək məqsədilə sentyabrın 20-də Bölmədə “Sənətşünaslıq elmini görkləmli siması” mövzusunda elmi konfransın keçirilməsi nəzərdə tutulub.

Konfransda Bakı şəhərindən olan tədqiqatçıların da onlayn formada iştirakı arzuolunandır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: