Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Tarix Muzeyinin əməkdaşı beynəlxalq simpoziumda çıxış edib
10.09.2021 09:38
  • A-
  • A
  • A+

Tarix Muzeyinin əməkdaşı beynəlxalq simpoziumda çıxış edib

Türkiyənin Samsun şəhərində Ondoqquz May Universiteti tərəfindən “Sənətkarların görüşü” adlı onlayn formatda beynəlxalq simpozium və sərgi keçirilib.

Simpoziumda AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Sahibə Ələkbərova “Qarabağda ermənilər tərəfindən dağıdılmış muzeylərimiz: dünən və bu gün” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi erməni vandalları tərəfindən eksponatları dağıdılmış, yandırılmış, talan edilmiş muzeylərimizin aqibətindən bəhs edib. Bildirilib ki, Qarabağ maddi mədəniyyət nümunələrini özündə əks etdirən muzeylərin təbliğ edilməsi və bu istiqamətdə elmi-tədqiqatlar aparılması muzeyşünasların qarşısında duran ən önəmli vəzifələrdəndir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: