Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycan və Türkiyə tarixçiləri Ağdamda beynəlxalq simpozium keçirir
15.09.2021 09:50
  • A-
  • A
  • A+

Azərbaycan və Türkiyə tarixçiləri Ağdamda beynəlxalq simpozium keçirir

AMEA-nın Tarix İnstitutu və Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Atatürk Araşdırma Mərkəzi Azərbaycanın Ermənistan üzərində zəfəri və dövlət müstəqilliyinin bərpası ilə əlaqədar olaraq Ağdam Rayon İcra Hakimiyyəti ilə birlikdə 15-18 sentyabr tarixlərində “Müstəqilliyinin 30 ilində Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlər” mövzusunda beynəlxalq simpozium keçirir.

Simpoziumda Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Atatürk Araşdırmaları Mərkəzinin rəhbərləri ilə birgə, Türkiyə və Azərbaycandan 30-dan çox tarixçi-alim iştirak edir. Simpozium iştirakçıları bu gün Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını, sonra isə Şəhidlər xiyabanında Bakının azad edilməsinin ildönümü münasibətilə türk şəhidləri və 20 Yanvar şəhidləri abidələrini ziyarət edəcək və simpoziumun keçiriləcəyi, işğaldan azad edilmiş Ağdam rayonuna yola düşəcək.

Sentyabrın 16-da Ağdamda davam edəcək simpoziumda “Azərbaycan Respublikasının müstəqillik dövr tarixi”, “Qarabağ Zəfərinə doğru gedən prosesdə Türkiyə-Azərbaycan strateji əlaqələri”, “Batum müqaviləsindən (4 iyun 1918) Şuşa Bəyannaməsinə (15 iyun 2021) Türkiyə-Azərbaycan əlaqələri” və digər mövzular üzrə məruzələr dinləniləcək.

Simpozium iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfərləri də nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: