Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.09.2021 12:35
  • A-
  • A
  • A+

Beynəlxalq simpoziumun iştirakçıları ulu öndərin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Beynəlxalq simpoziumun iştirakçıları ulu öndərin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Sentyabrın 15-də AMEA-nın Tarix İnstitutu, Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Atatürk Araşdırma Mərkəzinin Ağdam Rayon İcra Hakimiyyəti ilə birgə təşkilatçılığı ilə Azərbaycanın Ermənistan üzərində zəfəri və dövlət müstəqilliyininin bərpası ilə əlaqədar olaraq “Müstəqilliyinin 30 ilində Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlər” mövzusunda beynəlxalq simpozium öz işinə başlayıb.

Simpoziumda Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Atatürk Araşdırma Mərkəzinin rəhbərləri də daxil olmaqla Türkiyə və Azərbaycandan 30-dan çox tarixçi-alim iştirak edir.

Tədbir çərçivəsində simpozium iştirakçıları əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Tarixçi alimlər Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq ulu öndərin məzarı üzərinə tər gül dəstələri qoyub, onun ruhu qarşısında baş əyiblər.

Daha sonra Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyublar.

Toplantı iştirakçıları, həmçinin Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsi önünə gül dəstələri qoyublar.

Simpozium sentyabrın 16-da Ağdamda öz işini davam etdirəcək.

Qeyd edək ki, 3 gün davam edəcək tədbirdə iştirakçıların azad edilmiş ərazilərə səfərləri nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: