Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

15.09.2021 17:45
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutu ilə BDU arasında əməkdaşlığa dair görüş keçirilib

Coğrafiya İnstitutu ilə BDU arasında əməkdaşlığa dair görüş keçirilib

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda bu müəssisə ilə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsi arasında əməkdaşlıq müqaviləsinin bağlanmasına dair görüş keçirilib.

Coğrafiya İnstitutunun rəhbərliyi ilə baş tutan görüşdə Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor Fərda İmanov, Tədris prosesinin təşkili şöbəsinin rəisi, dosent Adil Xasayev, Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova və Fiziki coğrafiya kafedrasının müdiri c.e.d. Yaqub Qəribov iştirak edib.

Hər iki müəssisə arasında 2013-cü ildə bağlanmış “Elm və tədris mərkəzinin yaradılması” haqqındakı müqavilənin vaxtı bitdiyinə görə, vaxtın  uzadılması, tədris mərkəzinin fəaliyyətinin əsas istiqaməti və yeni fəaliyyət planının işlənməsi haqda müzakirələr aparılıb.

Coğrafiya İnstitutunun direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov elmin tədrisi və təbliğinin gücləndirilməsi, gənclərin elmi işlərə cəlb edilməsi üçün hər iki müəssisənin magistr və dissertantlarının iştirakı ilə elmi konfransın keçirilməsini təklif edib.

Müzakirələrdən sonra Coğrafiya İnstitutu ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlığın yeni istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: