Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Botanika İnstitutunda dezinfeksiya işləri həyata keçirilib
16.09.2021 12:51
  • A-
  • A
  • A+

Botanika İnstitutunda dezinfeksiya işləri həyata keçirilib

AMEA-nın Botanika İnstitutunda pandemiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər aparılır.

Belə ki, Botanika İnstitutunun laboratoriya otaqları, konfrans zalı, muzey, kitabxana və dəhlizlərində dezinfeksiya işləri həyata keçirilib. Həmçinin müəssisənin bütün şöbə və laboratoriyaları tibbi profilaktik ləvazimatlarla təmin olunub, əməkdaşların sanitar-gigiyena qaydalarına ciddi şəkildə riayət etmələri, peyvənd olunmaları, hər hansı xəstəlik simptomlarına rast gəldikdə dərhal həkimə müraciət etmələri üçün mütəmadi maarifləndirmə işləri aparılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: