Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Ədəbiyyatşünas alimin kitabı Rusiyada çapdan çıxıb
16.09.2021 17:19
  • A-
  • A
  • A+

Ədəbiyyatşünas alimin kitabı Rusiyada çapdan çıxıb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Salidə Şərifovanın Moskvanın “U Nikitskix vorot” (“У Никитских ворот”) nəşriyyatı tərəfindən “Qərb və Şərq ədəbiyyatında janr qarışığının nəzəri problemləri və ədəbi təsiri” (“Теоретические проблемы жанрового смешения и литературного влияния в западной и восточной литературе”) adlı kitabı işıq üzü görüb.

Kitabın rəyçiləri Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli və Rusiya Elmlər Akademiyasının müxbir üzvü, M.A.Qorki adına Ədəbiyyat İnstitutunun direktoru Vadim Polonskidir.

Qeyd edək ki, beş fəsildən ibarət olan kitab Ədəbiyyat İnstitutunun Elmi şurasının 3 iyul 2019-cu il tarixli qərarı ilə çapa tövsiyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: