Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Qafqazşünaslıq” elmi-nəzəri jurnalının ikinci sayı nəşr olunub
17.09.2021 14:08
  • A-
  • A
  • A+

“Qafqazşünaslıq” elmi-nəzəri jurnalının ikinci sayı nəşr olunub

AMEA-nın Qafqazşünaslıq İnstitutunun “Qafqazşünaslıq” elmi-nəzəri jurnalının ikinci nömrəsi çapdan çıxıb.

Bu nömrədə Azərbaycan, İran, Gürcüstan, Özbəkistan və Ukraynadan 10 alim və tədqiqatçının məqaləsi dərc edilib. Nəşrdə AMEA-nın müxbir üzvü Musa Qasımlının “İlham Əliyevin tarixi zəfəri: region və dünya üçün əhəmiyyəti”, Gürcüstandan tarix elmləri doktoru, professor Quram Marxuliyanın “Gürcüstanda erməni geosiyasətinin “kontur xəritəsi”, Samirə Həbibbəylinin “Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlığı region sabitliyinin amili kimi (Azərbaycandan baxış)”, tarix üzrə fəlsəfə doktoru Mahir İbrahimovun “Xəzəryanı məkan geosiyasi rəqabət və geoiqtisadi maraqlar zəminində”, Lalə Talıbovanın “Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın vasitəçi rolu”, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Əlimusa İbrahimovun “İran İslam Respublikasının xarici siyasətinin əsas prioritetləri”, İrandan Şirin Bağçı Piruzun “İranın Mərkəzi Asiya və Cənubi Qafqaz siyasəti”, Özbəkistandan tarix elmləri doktoru, professor İlxom Saidovun “Özbəkistan-Azərbaycan münasibətləri”, Ukraynadan tarix üzrə fəlsəfə doktoru, dosent Oleq Kupçikin “1991-2021-ci illərdə Ukrayna azərbaycanşünaslığı elm və təhsildə” adlı məqalələri yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: