Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları Rusiyada keçirilən konfransda məruzə ediblər
17.09.2021 14:55
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları Rusiyada keçirilən konfransda məruzə ediblər

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun 2.4 saylı laboratoriyasının əməkdaşları və institutun elmlər doktoru hazırlığı üzrə dissertantları Rusiyanın İrkutsk şəhərində keçirilən III beynəlxalq “Dinamik sistemlər və kompüter elmləri: nəzəriyyə və tətbiqləri” (DYSC-2021) onlayn elmi konfransında iştirak ediblər.

Konfrans İrkutsk Dövlət Universitetinin Riyaziyyat və İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçirilib. Tədbirin proqramına laboratoriyanın 1 plenar və 7 seksiya məruzəsi daxil edilib.

Konfransda 2.4 saylı laboratoriyanın rəhbəri, prof. Kamil Mənsimov plenar məruzə, laboratoriyanın aparıcı elmi işçisi, dos. Rəşad Məstəliyev, dissertantlar - BDU-nun əməkdaşları dosent Səadət Əliyeva və dosent Jalə Əhmədova isə seksiyalarda məruzə ediblər. Məruzələr konfrans iştirakçılarının marağına səbəb olub, mövzular ərafında müxtəlif suallar verilib və müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: