Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm tarixi və elmşünaslıq” jurnalının Nizami Gəncəviyə həsr olunmuş xüsusi buraxılışı işıq üzü görüb
17.09.2021 16:12
  • A-
  • A
  • A+

“Elm tarixi və elmşünaslıq” jurnalının Nizami Gəncəviyə həsr olunmuş xüsusi buraxılışı işıq üzü görüb

AMEA-nın Elm Tarixi İnstitutunun (ETİ) “Elm tarixi və elmşünaslıq” jurnalının “Nizami Gəncəvi ili”nə həsr olunmuş xüsusi buraxılışı işıq üzü görüb. Buraxılış Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamına əsasən hazırlanıb.

Azərbaycanın böyük mütəfəkkiri, dahi şair Nizami Gəncəvinin həyat və yaradıcılığının müxtəlif aspektlərdən araşdırıldığı məqalələr toplusu yeni və nəşr olunmamış maraqlı sənədlər, çoxsaylı elmi-ədəbi, fəlsəfi faktlarla, spesifik məlumatlarla zəngindir.

Topluda institutun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəylinin “Nizami Gəncəvinin əsərlərində elmi biliklərin əksinə dair”, Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyevin “Böyük azərbaycanlı şair Nizami Gəncəvi haqqında ilkin farsdilli qaynaqlar”, elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “Nizami Gəncəvi və onun doğum yeri haqqında mübahisəli məsələlərə dair”, Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınskinin “Nizami Gəncəvi dövründə elmə və elm adamlarına verilən dəyər”, aparıcı elmi işçi, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Məmmədovanın “Nizami Gəncəvi yaradıcılığında ideal  dövlət”, Tərcümə və informasiya şöbəsinin müdiri Aynur Nəzərovanın “Nizami Gəncəvi və onun əsərlərində Azərbaycan türkcəsi”, elmi işçilərAybəniz Osmanovanın “Nizami Gəncəvi poeziyası dəqiq elmlərin dilində”,  Röya Mirzəbəyovanın “Yan Rıpkanın tədqiqatlarında “Azərbaycan Məktəbi” və Nizami Gəncəvi”, Elxan Quliyevin “Nizami Gəncəvi yaradıcılığında insan kimliyini formalaşdıran amillər”, Solmaz Namazovanın isə  “XII əsr Azərbaycan intibahı və Nizami Gəncəvi” mövzusunda məqalələri yer alıb.

Ədibin dünya və Azərbaycan ədəbiyyatında, fəlsəfə və elmi tarixindəki özünəməxsus yerini əks etdirən toplu N.Gəncəvinin həyat və yaradıcılığı ilə maraqlanan bütün oxucular üçün uyğundur.

Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: