Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

20.09.2021 10:43
  • A-
  • A
  • A+

Vətən müharibəsi şəhidimizin yaxınları Mərkəzi Elmi Kitabxananı ziyarət ediblər

Vətən müharibəsi şəhidimizin yaxınları Mərkəzi Elmi Kitabxananı ziyarət ediblər

44 günlük Vətən müharibəsində fəal iştirak etmiş, oktyabr ayının 13-də Suqovuşan istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan Tural Şıxızadənin ailə üzvləri AMEA-nın Mərkəzi Elmi Kitabxanasını ziyarət ediblər.

Birinci və İkinci Qarabağ müharibəsinin şəhidləri, qaziləri, iştirakçıları haqqında məlumat bazası yaradılan və onların tanıdılması istiqamətində mühüm işlər görən MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fondunun əməkdaşları şəhidin ailə üzvlərini fondla yaxından tanış ediblər.

Görüşdə şəhidimizin xatirəsi anılıb, onun müharibədəki igidlik və şücaətindən danışılıb. Yaxınları Turalın Vətən uğrunda şəhid olduğu üçün qürur duyduqlarını bildiriblər.

Qeyd edək ki, artıq bir neçə aydır fəaliyyət göstərən “Qarabağ müharibəsi qəhrəmanları” fondunda İkinci Qarabağ müharibəsi şəhidlərinin doğum günlərinə həsr olunmuş sərgi təşkil edilib. Sərgidə sentyabr ayında dünyaya göz açan şəhidlərimizlə bağlı məlumatlardan ibarət videoslayd və onlar haqqında toplanmış məlumatlar yer alır. Guşədə qəhrəmanların şəkillərindən, eləcə də videolarından hazırlanmış slaydlarla yanaşı, doğum yeri və tarixi, harada və nə zaman şəhid olduğu, vətən uğrunda göstərdiyi şücaətlər və bir çox digər məlumatlar da öz əksini tapıb.

Qeyd edək ki, guşə sentyabr ayı ərzində fondda sərgilənəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: