Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Kimyaçı alimin kitabı işıq üzü görüb
20.09.2021 11:32
  • A-
  • A
  • A+

Kimyaçı alimin kitabı işıq üzü görüb

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı kimya elmlər doktoru, professor Rəna Cəfərova tərəfindən yazılmış “Fiziki-kimyəvi tədqiqat metodları: elektron spektroskopiyasının nəzəri əsasları və onun tətbiqi metodları” adlı tədris-metodiki vəsait “Elm” nəşriyyatında çapdan çıxıb.

Maddələrin srukturunu, struktur-qrup tərkiblərini, fiziki-kimyəvi və spektral-lüminessent xassələrini və uyğun gələn bir sıra parametrlərini (temperatur, təzyiq, özlülük, stabillik, aromatiklik dərəcəsi, izooktan ədədi və s.) bilmədən, radioaktiv şüaların, istilik, ultrasəs və s. kimi xarici təsirlərin səbəbindən onların strukturunda baş verən dəyişiklikləri tədqiq edib, öyrənmədən bu birləşmələrdən elm və sənayedə (neftkimya, neft emalı, əczaçılıq, aviasiya və s.) istifadə edilməsi qeyri-mümkündür. Hal-hazırda kimyəvi birləşmələrin və onlarda gedən kimyəvi və fiziki proseslərin analizi və tədqiqi müasir yüksəkhəssaslıqlı fiziki-kimyəvi metodların, o cümlədən də, optiki spektroskopiya metodlarının, burada istifadə edilən yeni təkmilləşdirilmiş metodikaların tətbiqinə əsaslanır. Bu sahədə dünyanın aparıcı universitetlərində və digər elmi təşkilatlarında yüksəksəviyyəli kadrların hazırlanmasına ciddi diqqət yetirilir.

Təqdim edilən kitab (monoqrafiya) kimya, kimya-texnologiya, fizika fakültəsinin tələbələri, magistrlər, doktorantlar, spektroskopiya sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: