Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Əsrin müqaviləsi”ni həyata keçirən rəhbər komitənin ilk iclası Tarix Muzeyində olub
20.09.2021 14:06
  • A-
  • A
  • A+

“Əsrin müqaviləsi”ni həyata keçirən rəhbər komitənin ilk iclası Tarix Muzeyində olub

Sentyabrın 20-si Azərbaycanın neft-qaz sənayesi işçilərinin peşə bayramı – “Neftçilər günü”dür.

Bu tarixin “Əsrin müqaviləsi” ilə üst-üstə düşməsi təsadüfi deyil. 1994-cü ilin sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin bölüşdürülməsi haqqında dünyanın 11 ən iri neft şirkəti ilə “Əsrin müqaviləsi” bağlanıb. Məhz bu müqavilə ölkənin neft-qaz sənayesinin dirçəlməsinin və Azərbaycanın gələcək rifahının və çiçəklənməsinin başlanğıcı oldu.

Sevindirici haldır ki, Əsrin müqaviləsini həyata keçirən rəhbər komitənin ilk iclası 24 yanvar 1995-ci il tarixində AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Şərq zalında keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: