Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Nizaminin “Xəmsə”sində işlənmiş kosmonimlərə dair kitab çap olunub
21.09.2021 10:54
  • A-
  • A
  • A+

Nizaminin “Xəmsə”sində işlənmiş kosmonimlərə dair kitab çap olunub

Məlum olduğu kimi, 2021-ci il Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Nizami Gəncəvi İli” elan olunub. Bu məqsədlə respublikamızda, o cümlədən AMEA-nın elmi müəssisə və təşkilatlarında tədbirlər, konfranslar keçirilir, kitablar ərsəyə gətirilir.

Sözügedən tədbirlər çərçivəsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, dosent Kübra Quliyevanın dahi şairin 880 illiyi ilə bağlı “Nizami Gəncəvinin söz xəzinəsindən: “Xəmsə”də işlənmiş kosmonimlər” adlı kitabı çapdan çıxıb. Kitabın redaktorları Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu və Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Zəhra Allahverdiyevadır.

Ki­tab­da da­hi Azər­bay­can şai­ri Ni­za­mi Gən­cə­vi­nin “Xəm­sə”sin­də iş­lən­miş kosmonim­lər­dən, fars­dil­li izah­lı və di­gər ta­ri­xi lü­ğət­lə­rin ya­ran­ma­sın­da Ni­za­mi­nin lek­si­ka­sı­nın, xü­su­sən is­ti­fa­də et­di­yi ono­mas­tik va­hid­lə­rin ro­lun­dan və əhə­miy­yə­tin­dən, on­la­rın lek­sik tər­ki­bi, mən­şə­yi, et­no­linq­vis­tik xü­su­siy­yət­lə­rin­dən, ast­ro­lo­gi­ya ilə əla­qə­sin­dən, kos­mo­nim­lər­dən dü­zə­lən şəxs ad­la­rın­dan, Ni­za­mi Gən­cə­vi­dən əv­vəl və son­ra ya­zıl­mış klas­sik ədəbiy­yat­lar­da kos­mo­nim­lə­rin iş­lən­mə­sin­dən bəhs edi­lir.

Ki­tab ono­mas­ti­ka, xü­su­si­lə də onun bir qo­lu olan kos­mo­nim­lər­lə ma­raq­la­nan­lar, fi­lo­loq­lar, tə­lə­bə­lər və ümu­mi oxu­cu küt­lə­si üçün nə­zər­də tu­tul­ub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: