Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda II beynəlxalq konfrans keçiriləcək
21.09.2021 12:58
  • A-
  • A
  • A+

“Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda II beynəlxalq konfrans keçiriləcək

15 oktyabr 2021-ci ildə AMEA-nın Elm Tarixi İnstitutunun təşkilatçılığı ilə elm tarixi və elmşünaslığın öyrənilməsində aktual məsələlərin müzakirəsinə həsr olunmuş “Elm tarixi və elmşünaslıq: fənlər arası tədqiqatlar” adlı II beynəlxalq onlayn elmi konfrans keçiriləcək.

Konfransda yerli və xarici alimlər, elmi-tədqiqat müəssisələrinin əməkdaşları və universitet müəllimləri iştirak edə bilərlər.

Konfrans proqramı çərçivəsində plenar iclasın keçirilməsi və bölmələr üzrə mövzu ətrafında müzakirələrin aparılması nəzərdə tutulur. Konfransın nəticələrindən ibarət konfrans materialları toplusu nəşr olunacaq.

Müraciət formalarının və tezislərin qəbulundan sonra konfransın proqramı son olaraq formalaşdırılacaq və tədbir iştirakçılarına göndəriləcək. Hər bir iştirakçıya konfransa qoşulmaq üçün link göndəriləcək.

Konfransın aşağıdakı istiqamətlər üzrə təşkil edilməsi planlaşdırılır:

- Tarixşünaslıq, mənbəşünaslıq və elm tarixinin metodologiyası;

- Təbiət və dəqiq elmlər tarixi;

- Humanitar və ictimai elmlər tarixi;

- Elm adamları və elmi məktəblər;

- Elmşünaslıq və elmin populyarlaşdırılması.

Bölmələrin sayı və adı Təşkilat Komitəsi tərəfindən daxil olan məruzələrin mövzuları öyrənildikdən sonra tənzimlənə bilər.

Konfransda iştirak etmək üçün müraciət formaları (Əlavə 1) və tezisləri 5 sentyabr 2021-ci il tarixindən gec olmayaraq elektron qaydada Təşkilat Komitəsinin poçt ünvanına (jhsss.hs.anas@gmail.com) təqdim etmək lazımdır:

Məqalələrin və tezislərin göndərilməsi üçün son tarix 1 oktyabr 2021-ci ildir.

Tezis və məqalələrin tərtibi qaydaları:

- Tezis və məqalənin adı;

- Müəllifin soyadı, adı, atasının adı;

- Təmsil etdiyi müəssisənin adı, vəzifəsi, elmi dərəcəsi;

- Tezis üçün həcm 300 söz, məqalə üçün 2000-2500 söz;

- Məqalələrdə istinadlar APA style ilə.

Konfrans Azərbaycan, rus, ingilis dillərində baş tutacaq.

Ünvan: AZ 1143, H.Cavid pr., 115, 2-ci mərtəbə

Telefon: +994 (012) 539 51 34, (050) 268 22 44

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: