Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Tarix Muzeyinin baş direktoru “Kaspiy” qəzetinə müsahibə verib
22.09.2021 14:20
  • A-
  • A
  • A+

Tarix Muzeyinin baş direktoru “Kaspiy” qəzetinə müsahibə verib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı “Kaspiy” qəzetinə müsahibə verib.

Müsahibədə muzeyin problemləri, hazırki sərgilər, H.Z.Tağıyevin ev-muzeyinin ekspozisiyası, muzeyin pandemiya dövründə gördüyü işlər, struktur dəyişiklikləri, 100 illik yubiley ərəfəsində muzey tərəfindən nəşr olunmuş kitablar (16 kitab), muzeyin müxtəlif fondlarına yeni materialların daxil olması haqqında verilən suallara ətraflı cavablar və məlumatlar verilib.

Sonda Nailə Vəlixanlı qeyd edib ki, “Muzey təkcə əksponat demək deyil, muzey bizim əcdadlarımızın həyatı, onların düşüncəsi, hissləri, istedadı, tarixi ilə fəxr edə biləcəyimiz böyük xalqın bizə, övladlarına olan məhəbbəti deməkdir”.

Müsahibə ilə buradan tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: