Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Tarix İnstitutunda 27 sentyabr - Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib
23.09.2021 10:52
  • A-
  • A
  • A+

Tarix İnstitutunda 27 sentyabr - Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib

AMEA-da Vətən müharibəsinə həsr edilmiş “Zəfər dərsləri” elmi həftəsi çərçivəsində növbəti tədbir Tarix İnstitutunda baş tutub.

İlk öncə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda həlak olmuş bütün şəhidlərimizi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan institutun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov bildirib ki, Azərbaycan xalqı hər zaman özünün mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

Cəbi Bəhramov qeyd edib ki, ermənilərin ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhə, bütünlükdə xalqımız bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr vurub.

Daha sonra məruzəçilər t.ü.f.d. G.Nəcəfli “Şimali Azərbaycanın işğalından Qarabağın işğalına gedən yol:tarixi faktların izi ilə”, t.ü.f.d H.Həsənov “Çar Rusiyası tərəfindən Şimali Azərbaycanın işğalı və ermənilərin köçürülərək məskunlaşdırılması siyasəti”, t.ü.f.d. V.Qafarov, t.ü.f.d. N.Məmmədzadə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ərazi məsələləri”, t.ü.f.d. C.Bəhramov “Sovet imperiyasının süqutu və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikası ərazilərinin işğalı” ətrafında çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: