Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiyaçı alim iqlim dəyişmələrinin təsirlərindən danışıb
24.09.2021 09:12
  • A-
  • A
  • A+

Coğrafiyaçı alim iqlim dəyişmələrinin təsirlərindən danışıb

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru, professor Rza Mahmudov İctimai Radionun dinləyicilərinin suallarını cavablandırıb.

Alim iqlim dəyişmələri və onun regional təsirləri, həmçinin son zamanlar davamlı ekstremal istiləri doğuran  səbəblər, iqlim dəyişmələrinə təsir edən təbii və antropogen amillər, iqlim və hava məfhumlarının fərqli coğrafi izahları, biomüxtəliflik, o cümlədən iqlimin məhsulu olan səth  və yeraltı suların  formalaşma xüsusiyyətləri, su çatışmazlığı, onun həlli imkanları və sairdən söhbət açıb, dinləyiciləri maraqlandıran sualları cavablandırıb.

R.Mahmudov müasir dövrdə qlobal iqlim dəyişmələri və onun insanlara, biomüxtəlifliyə, kənd təsərrüfatına, infrasturktur sahələrə vurduğu ziyanları, yaratdığı təbii fəlakətləri bəşəriyyətin üzləşdiyi ən böyük problemlərdən biri adlandırıb. Professor Azərbaycan ərazisi  iqliminin də qlobal iqlim sisteminin tərkib hissəsi olduğunu və bu sistemdə baş verən proseslərin müxtəlif intensivliklə və müxtəlif zaman kəsiyində ölkənin iqlim şəraitinə təsir göstərdiyini qeyd edib. O bildirib ki, iqlim dəyişmələrinin tədqiqi, onun ətraf mühitə, o cümlədən çay, su ehtiyatlarına təsirinin öyrənilməsi Azərbaycan  ərazisi və onun iqtisadiyyatı üçün vacib məsələyə çevrilmişdir. Azərbaycan  ərazisində regional iqlim dəyişmələrinin təsirindən müxtəlif növ təbii fəlakətlərin  baş verməsi mümkündür. Bunlar sel, daşqın, subasma, güclü külək, qasırğa, dolu-leysan hadisələrinin təsiri,  Xəzər dənizinin səviyyə tərəddüdü, arid iqlim zonasında səhralaşma prosesi, meşə yanğınları, torpaqların eroziyası, şoranlaşma və s. proseslərdən  yaranan təbii fəlakətlərdir.

Məişətdə, kənd təsərrüfatında, sənayedə sudan istifadə məsələlərinə toxunan hidroloq alim dinləyicilərə müasir dünya təcrübəsindən istifadə etməyin yollarından da  danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: