Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Bülletenin yeni sayı çapdan çıxıb
24.09.2021 12:43
  • A-
  • A
  • A+

Bülletenin yeni sayı çapdan çıxıb

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 2012-ci ildən nəşr edilən bülleteninin yeni sayı çap olunub.

Nəşrin ilk səhifələrində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunan torpaqlarda - Kəlbəcər və Laçın rayonlarında təməlqoyma və açılış mərasimlərində iştirakı haqqında xəbərlər verilib.

Bülletendə Daşkəsən şəhərinin yenidən qurulan su təchizatı və kanalizasiya sistemlərinin istimara verilməsi, 3 saylı ASAN kommunal mərkəzinin açılışı haqqında xəbərlər də yer alıb.

Digər yazılarda ASC yanında İctimai şuranın iclası haqqında, eləcə də Neftçala, Saatlı, Şamaxı rayonlarının yaşayış məntəqələrində su təchizatının yaxşılaşdırılması istiqamətində aparılan işlərdən söz açılır. Nəşrin son səhifələrində “Azərsu” ASC-nin əməkdaşı “Yüksəliş” müsabiqəsinin finalçılarından biri olub”, “Su həyatdır! Qənaət etməyi öyrənək” layihəsi yekunlaşıb”, “İçməli sudan qanunsuz istifadəyə qarşı nəzarət gücləndirilir” kimi maraqlı məqalələr çap olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: