Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Antidiabet potensialına malik dərman maddələrinin yaradılması istiqamətində beynəlxalq tədqiqatlar aparılıb
27.09.2021 10:40
  • A-
  • A
  • A+

Antidiabet potensialına malik dərman maddələrinin yaradılması istiqamətində beynəlxalq tədqiqatlar aparılıb

AMEA-nın Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyev, icraçı direktoru, kimya elmləri doktoru, dosent Əfsun Sucayev və Bakı Dövlət Universitetinin alimləri – akademik Abel Məhərrəmov, professor Məlahət Qurbanova, doktorant Fidan Axundova Türkiyənin Atatürk və Bartin universitetlərindən olan həmkarları ilə birlikdə müştərək tədqiqatlar çərçivəsində antidiabetik potensiala malik dərman maddələrinin yaradılması istiqamətində beynəlxalq tədqiqatlar aparıb və mühüm elmi nəticələr əldə ediblər.

Alınan bu nəticələrlə bağlı məqalə impakt faktorlu “Politsiklik Aromatik Birləşmələr” (“Polycyclic Aromatic Compounds”) adlı nüfuzlu xarici jurnalda dərc edilib.

Məqalə bioloji aktivliyə malik bisiklik strukturların molekulyar dokinq araşdırılmasına, antidiyabetik və antixolinerjik potensialının qiymətləndirilməsinə həsr olunub. Bəzi bisiklik molekulların molekulyar dokinq hesablamaları və müxtəlif analiz nəticələrindən əldə edilən göstəricilər bu molekulların gələcəkdə diabet əleyhinə dərman olaraq istifadəsində heç bir nəzəri problem olmadığını təsdiq edib.

Qeyd edək ki, sözügedən jurnal “Web of Science” və “Scopus” beynəlxalq elmi bazalarına daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: