Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.04.2015 00:00
  • A-
  • A
  • A+

“Televiziyaların xəbər proqramlarının dili” mövzusunda monitorinqin nəticələri açıqlanıb

“Televiziyaların xəbər proqramlarının dili” mövzusunda monitorinqin nəticələri açıqlanıb

AMEA Dilçilik İnstitutunun Monitorinq şöbəsinin əməkdaşları tərəfindən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na əsasən bu ilin yanvar-aprel aylarında televiziyaların dilinin monitorinqi aparılıb.

Aprelin 17-də AMEA-nın Əsas binasında Dilçilik İnstitutu və AR Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə birgə monitorinqin nəticələri ilə bağlı “Televiziyaların xəbər proqramlarının dili” mövzusunda mətbuat konfransı keçirilib.

Ölkənin 6 televiziya kanalını əhatə edən monitorinqdə (İctimai TV, ANS TV, ATV, Space TV, Lider TV və Xəzər TV) xəbər və müxtəlif verlişlərin dili araşdırılıb, proqramların dilinin normaya uyğunluğu nəzərdən keçirilib.

Mətbuat konfransını giriş sözü ilə institutun direktoru, akademik Tofiq Hacıyev açaraq dillə bağlı Dövlət Proqramının yerinə yetirilməsi sahəsində görülən işlərdən danışıb. O, ədəbi dilin KİV sahəsində, xüsusən də televiziyalarda işlənməsində mövcud problemlərdən söz açıb.

MTRŞ-nın sədr müavini, professor Qafar Cəbiyev TV-lərlə bağlı aparılan son montonrinqlər zamanı diqqəti cəlb edən əsas nöqsanlardan danışıb. O, dil nöqsanlarının aradan qaldırılmasında monitorinqlərin əhəmiyyətini xüsusi qeyd edib.

Sonra çıxış edən institutun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli dil qüsurlarının aradan qaldırılması məqsədilə Dilçilik İnstitutu və MTRŞ-ın birgə təşkilatçılığı ilə may ayında keçiriləcək təlimlər barədə ətraflı məlumat verib.

Daha sonra institutun aparıcı elmi işçisi, televiziyaların monitoriqi üzrə qrup rəhbəri Şahlar Məmmədli statistik təhlillər əsasında televiziyaların dili üzərində aparılmış monitorinqin nəticələri və müşahidə olunan dil qüsurlarından danışıb. Bildirib ki, monitorinq zamanı ümumilikdə 400-dən artıq norma pozuntusu aşkarlanıb və dil səviyyələri üzrə 145 nümunə tədqiqata cəlb edilib. Onlardan 74-ü leksik-üslubi, 29-u fonetik, 41- i isə qrammatik normaya aid dil qüsurlarıdır.

Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: