Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Tarix Muzeyinin əməkdaşı Vətən müharibəsi haqqında kitabın hazırlanmasında iştirak edib
27.09.2021 16:02
  • A-
  • A
  • A+

Tarix Muzeyinin əməkdaşı Vətən müharibəsi haqqında kitabın hazırlanmasında iştirak edib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədov 2020-ci ilin 27 sentyabr – 10 noyabr tarixlərində baş vermiş Vətən müharibəsi haqqında işıq üzü görmüş kitabın hazırlanmasında iştirak edib.

“Zəfər salnaməsi” adlanan kitab Azərbaycan, rus, ingilis dillərində hazırlanıb. 190 səhifəlik kitabda yer almış fotoşəkillərin əksəriyyəti ilk dəfədir ki, dərc olunur. Kitabın üç fəslində (“Ərəfə”, “Vətən müharibəsi”, Qayıdış”)  2 aprel 2016-cı il – 10 dekabr 2020-ci il tarixlərində baş vermiş hərbi-siyasi hadisələr göstərilib.

Qeyd edək ki, kitabda döyüş əməliyyatlarının gedişini nümayiş etdirən xəritə və sxemlər də tərtib edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: