Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Tarix Muzeyinin Vətən müharibəsi fondunda şəhid Fərrux Həşimova məxsus materiallar qorunur
28.09.2021 15:59
  • A-
  • A
  • A+

Tarix Muzeyinin Vətən müharibəsi fondunda şəhid Fərrux Həşimova məxsus materiallar qorunur

Azərbaycan Silahlı Qüvvələrinin kapitan-leytenantı, Vətən müharibəsinin şəhidi Fərrux Mirzəmməd oğlu Həşimova məxsus materiallar muzeyin Vətən müharibəsi fondunda mühafizə olunur.

Şəhid F.Həşimova məxsus materiallar muzeyin əməkdaşı Aygün Quliyeva vasitəsilə Vətən müharibəsi fonduna təhvil verilib.

Qeyd edək ki, Fərrux Həşimov 1988-ci il martın 24-də Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olub.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin kapitan-leytenantı olan Fərrux Həşimov Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərrux Həşimov noyabrın 1-də Xocavənd rayonunun Qırmızı Bazar istiqamətində gedən qızğın döyüşlər zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə, Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, III dərəcəli “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunub. Bundan başqa, o, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: