AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Mərziyyə Nəcəfovanın “Poeziyamızın Qarabağ savaşı - Vətən müharibəsi” monoqrafiyası çap olunub.
Azərbaycan Yazıçılar Birliyinin üzvü olan müəllifin bu kitabının “Qarabağnamələrin ədəbiyyat mərhələsinin elmi dərki” adlı “Ön söz”ünün müəllifi AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir. Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Bayramovdur.
Monoqrafiya Ədəbiyyat İnstitutun Elmi şurasının 13 sentyabr 2021-ci il tarixli qərarı ilə nəşr edilib.
Kitabın birinci fəsli “90-cı illər poeziyasında I Qarabağ müharibəsinin təcəssümü”, ikinci fəsli “Poeziyamızın Vətən müharibəsi - Qarabağ”, üçüncü fəsli “Müzəffər Vətən müharibəsi – azad Qarabağ mövzusunun epik vüsəti poemalarda” adlanır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.