Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

İdarəetmə Sistemləri İnstitutunda Anım Gününə həsr olunmuş tədbir keçirilib
29.09.2021 10:28
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunda Anım Gününə həsr olunmuş tədbir keçirilib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda (İSİ) 27 sentyabr - Anım Gününə ilə bağlı tədbir təşkil olunub.

Yığıncağı institutun baş direktoru, akademik Əli Abbasov açaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə 27 sentyabr tarixinin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edildiyini vurğulayıb.

Ə.Abbasov Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın tarixindən, hələ ötən əsrdə keçdiyi çətin siyasi dövrdən, mənfur düşmənin törətdiyi cinayətlərdən, Birinci Qarabağ müharibəsindən bəhs edib.

Akademik bildirib ki, Ermənistanın 2020-ci il sentyabrın 27-də başlatdığı növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuz, bütövlükdə xalq bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirib.

Sonra AMEA-nın müxbir üzvü Qorxmaz İmanov çıxış edərək qeyd edib ki, şücaətli Azərbaycan Ordusunun ötən il baş verən İkinci Qarabağ müharibəsində qələbəsi nəticəsində Azərbaycan xalqının otuz illik həsrətinə son qoyulub, doğma torpaqlar şəhidlərin qanı bahasına düşmən işğalından azad edilib. Qarşıda duran bərpa işlərindən bəhs edən Q.İmanov informasiya texnologiyalarının önəminə toxunaraq bu istiqamətdə AMEA-nın, o cümlədən İSİ-nin alimlərinin aktiv iştirak edə biləcəklərini vurğulayıb. 

Daha sonra professorlar Knyaz Məmmədov, İlqar Məmmədov və Könül Ömərova çıxış edərək  ölkə başçısı İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətdən, hərbi arena ilə yanaşı, siyasi arenada, idman, mədəniyyət, incəsənət sahələrinə göstərdiyi qayğı və diqqətdən söz açıblar. Könül Ömərova müharibədə canından keçmiş bütün şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq qələmə aldığı "Əş-Şəhid" adlı  yazısını tədbir iştirakçılarına təqdim edib.

Sonra İSİ-də əməkdaşlıq müqaviləsi əsasında fəaliyyət göstərən “Sinam” şirkətinin Vətən Müharibəsində iştirak etmiş əməkdaşları “Cəsur döyüşcü” və “Suqovuşanın azad edilməsi” medalları ilə təltif olunan Hüseyn Axund və “Qubadlının azad edilməsi” medalı ilə təltif olunan Təbriz İsmayılov çıxış edərək 44 günlük Vətən müharibəsindən və keçdikləri döyüş yolundan bəhs ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: