Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Alimlər 130 il yaşamağın mümkünlüyünü iddia edirlər
29.09.2021 17:23
  • A-
  • A
  • A+

Alimlər 130 il yaşamağın mümkünlüyünü iddia edirlər

İnsanın ömrünün uzunluğu çoxlarının düşündüyündən daha uzun ola bilər. Yeni tədqiqat 130 il yaşamağın real olduğunu göstərib. Alimlər qeyd edirlər ki, nəzəri olaraq insanın ömrünün uzunluğunun hansısa bir məhdudiyyəti haqqında danışmaq doğru deyil.

“Royal Society Open Science” jurnalında dərc edilmiş tədqiqat 110 yaş sərhədinin öhdəsindən gəlmiş insanlar haqqında məlumatlara fokuslanıb. Adətən ölüm riski yaşla bərabər artır, lakin müəyyən sərhəddən sonra o platoya çatır.

“Ömrün 110 ilindən sonra bu şans 50 faizə çatır”, - tədqiqata rəhbərlik etmiş İsveçrə Federal Texnologiya İnstitutunun professoru Entoni Devison bildirib. “Əgər şans sizin tərəfinizdə olsa, onda siz növbəti ad gününə qədər yaşayacaqsınız, olmazsa növbəti il ərzində hansısa bir anda öləcəksiniz”, - deyə professor qeyd edib.

Cari tədqiqata əsasən, alimlər 130 il ömür sürməyin mümkün olduğunu iddia edirlər.

Aztibb.az

  • Paylaş: