Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib
30.09.2021 14:30
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti onlayn astroseminar keçirilib.

Seminarda ŞAR-ın Nəzəri astrofizika və kosmologiya şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Bala Əli Rəcəbovun “Kosmologiya, kvant-mexaniki hərəkət qrupları və elementar zərrəciklərin identifikasiyası” mövzusunda məruzəsi dinlənilib.

B.Ə.Rəcəbov kosmoloji hərəkət qrupları və kvant-mexaniki qrupları arasında əlaqələri göstərib və bu qrupların təsvirlərinin elementar zərrəciklərin identifikasiyasındakı rolundan danışıb.

Sonra kosmologiya və elementar zərrəciklər fizikası arasındakı əlaqələr, qravitasiya sahəsinin kvantlanması problemləri, qravitasiya dalğaları və qara dəliklərin rolu, qaranlıq materiya və enerji barədə geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: