Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Naxçıvan Bölməsinin gənc əməkdaşları ilə görüş keçirilib
04.10.2021 14:15
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin gənc əməkdaşları ilə görüş keçirilib

AMEA-nın Naxçıvan Bölməsində çalışan gənc əməkdaşlarla görüş keçirilib.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev yığıncaqda çıxış edərək 21 sentyabr 2021-ci il tarixdə keçirilən müşavirədən irəli gələn vəzifələrlə bağlı gənc tədqiqatçıları məlumatlandırıb. Akademik diqqətə çatdırıb ki, AMEA Naxçıvan Bölməsinin maddi-texniki bazası ilbəil təkmilləşdirilir və elmi tədqiqatların, çöl tədqiqatlarının aparılması üçün hərtərəfli şərait yaradılıb. Bölmə rəhbərinin sözlərinə görə, gənc tədqiqatçılar da öz növbəsində elmin inkişafına göstərilən diqqət və qayğıdan səmərəli istifadə etməli, öz sahələri çərçivəsində elmə xidmət etməyi bacarmalı, yüksək elmi əhəmiyyəti olan məqalələr beynəlxalq elmi ictimaiyyətə təqdim olunmalıdır. İxtisaslı alim və tədqiqatçı-mütəxəssislərin hazırlanmasının önəmini vurğulayan bölmə rəhbəri gənclərin apardıqları tədqiqatların gedişatı ilə maraqlanıb.

Tədbirdə, həmçinin gənclərin elmi tədqiqatları ilə əlaqədar qazandıqları nailiyyətlər təhlil olunub, qarşılaşdıqları problemlər dinlənilərək müvafiq tövsiyələr verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: