Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda perspektivli tədqiqat işləri aparılır
06.10.2021 17:10
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda perspektivli tədqiqat işləri aparılır

AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru, akademik Dilqəm Tağıyev müəssisənin Qeyri-üzvi funksional materiallar şöbəsinin laboratoriya rəhbərləri ilə növbəti iclas keçirib.

İclas perspektivli tədqiqat işlərinin müzakirəsinə həsr olunub.

Akademik Dilqəm Tağıyev institutun strukturunun müasir dövrün tələblərinə uyğunlaşdırılması və perspektiv layihələrin reallaşdırılması üzrə yalnız məqsədyönlü işlərin aparılmasının vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, bu istiqamətdə elmi-tədqiqat işlərinin aparılması nəticəsində alınan müsbət dəyişikliklər gələcəkdə müəssisənin struktur vahidlərinin işinin daha da təkmilləşdirilməsinə gətirib çıxaracaq.

Akademikin sözlərinə görə, tədqiqatların yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək üçün ilk növbədə elmi işçilərin məsuliyyətini artırmaq lazımdır: “Laboratoriya rəhbərləri əməkdaşlara tapşırılan işin vaxtında və keyfiyyətlə yerinə yetirməsinə nəzarət etməlidir. Eyni zamanda onların gələcəkdə müstəqil şəkildə elmi tədqiqatla məşğul ola bilməsi üçün bilik və bacarıqlarının artırılmasına diqqət yetirilməlidir”.

İclasda laboratoriya rəhbərləri gündəlikdə duran məsələlərlə bağlı öz rəy və təkliflərini səsləndirib, fikir mübadiləsi aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: