Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Coğrafiya İnstitutunun əməkdaşlarının məqalələri forumun materiallarında dərc edilib
12.10.2021 16:50
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşlarının məqalələri forumun materiallarında dərc edilib

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşlarının elmi məqalələri Rusiya Federasiyasının Voronej şəhərində keçirilən “Demoqrafiya və qlobal çağırışlar” adlı beynəlxalq demoqrafik forumun materiallarında dərc edilib.

Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminovun “Azərbaycan Respublikası regionlarında əhali məskunlaşmasının tənzimlənməsi problemləri”, c.ü.f.d. Etibar Bədəlovun “Azərbaycan Respublikasının şəhərləşmiş ərazilərində demoqrafik proseslərin məkan fərqləndirilməsi”, kiçik elmi işçi Bəyimxanım Hüseynovanın ingilis dilində “Azərbaycanın şimal bölgələrində əhalinin yüksəklik zonalarına görə paylanmasına təbii və sosial-iqtisadi amillərin təsiri (Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunun timsalında)”, elmi işçilər - Emil Cəbrayılovun  ingilis dilində “Şahdağ Milli Parkının ətraf ərazilərində əhalinin paylanması” və Turanə Hüseynovanın “Azərbaycan Respublikasında demoqrafik göstəricilərin Böyük Qafqaz təbii regionu timsalında əhalinin həyat keyfiyyətinə təsiri”, doktorant Zeynəb Mirzəyevanın isə “Bakının demoqrafik inkişafının xüsusiyyətləri və onların məskunlaşmaya təsiri” adlı məqalələri dərgidə nəşr  edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: