Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Malyariyaya qarşı dünyanın ilk vaksini təsdiqlənib
13.10.2021 09:52
  • A-
  • A
  • A+

Malyariyaya qarşı dünyanın ilk vaksini təsdiqlənib

Ümumdünya Səhiyyə Təşkilatı malyariya xəstəliyinə qarşı dünyanın ilk vaksininin istifadəsinə razılıq verib.

Malyariyaya qarşı yaradılmış ilk vaksinin testinin son mərhələsi 2019-cu ildən aparılırdı. Bu müddət ərzində vaksin Qanadan, Keniyadan və Malavidən ümumilikdə 800.000 uşağın üzərində testdən keçirilib. Mütəxəssislər vaksinin yaradılması üzərində 30 il çalışıblar.

Hazırlanmış sözügedən vaksin xəstəlik hallarının yalnız 39%-də effektivliyini sərgiləyib və 29%-də xəstəliyin ağır formada keçməsi ehtimalının aşağı salınmasına yardımçı olub. Lakin buna baxmayaraq, vaksinin malyariya xəstəliyinə qarşı müxtəlif dərman preparatları ilə birlikdə istifadəsi nəticəsində pasiyentlərin xəstəxanalara yerləşdirilmələri və onların ölümcül halları 70%-ə enir.

Qeyd etmək lazımdır ki, 2019-cu ildə Afrikada malyariya xəstəliyindən 386.000 insan həyatını itirib.

milli.az

  • Paylaş: