Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“XX əsrin 80-90-cı illərində AMEA İqtisadiyyat İnstitutunda iqtisadi fikrin inkişafı” kitabı nəşr olunub
13.10.2021 11:55
  • A-
  • A
  • A+

“XX əsrin 80-90-cı illərində AMEA İqtisadiyyat İnstitutunda iqtisadi fikrin inkişafı” kitabı nəşr olunub

AMEA-nın İqtisadiyyat İnstitutunun İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Aygün Fətəliyevanın “XX əsrin 80-90-cı illərində AMEA İqtisadiyyat İnstitutunda iqtisadi fikrin inkişafı” adlı kitabı çap edilib.

İqtisadiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunan monoqrafiyanın redaktoru iqtisad üzrə fəlsəfə doktoru Xosrov Kərimov, rəyçiləri iqtisad eləmləri doktoru, dosent Seyfəddin Səməndərov və iqtisad üzrə fəlsəfə doktoru Təranə Nəcəfovadır.

Monoqrafiyada XX əsrin 80-90-cı illərdə Azərbaycanda iqtisadi fikir araşdırılıb. Xüsusən də, bazar iqtisadiyyatı, ölkə alimlərinin bu sistemə keçidlə bağlı iqtisadi düşüncələri sistemləşdirilib, əsas fıkirləri yer alıb.

Kitab elmi-tədqiqat institutlarının əməkdaşları, ali məktəb müəllimləri və gənc tədqiqatçılar üçün əyani vəsait ola bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: