Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Dövlət idarəetməsi: nəzəriyyə və praktika” adlı monoqrafiya nəşr olunub
14.10.2021 12:46
  • A-
  • A
  • A+

“Dövlət idarəetməsi: nəzəriyyə və praktika” adlı monoqrafiya nəşr olunub

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, hüquq elmləri doktoru, professor Əli Rzayevin “Dövlət idarəetməsi: nəzəriyyə və praktika” adlı monoqrafiyası nəşr olunub.

Vəsaitdə idarəetmənin mahiyyəti, məzmunu, mexanizmi, həmçinin insanın həyat fəaliyyətində, dövlətçilik sistemində - dövlət, dövlət hakimiyyəti, dövlət aparatı və dövlət qulluğunda onun yeri və rolu sosial, siyasi və hüquqi aspektlərdə təhlil edilir.

İdarəetmə universal fenomen kimi təbii qanunlara - hər yerdə və həmişə qüvvədə olan prinsip və qaydalara əsaslanır. Kibernetikanın fundamental anlayışı olmaqla o, eyni prinsiplərlə canlı aləmdə, cəmiyyətdə, texnikada tətbiq olunur, icra hakimiyyəti ilə yanaşı, bütün hakimiyyət qollarında təşkilatlat daxili fəaliyyətdə istifadə olunur.

Monoqrafiya bakalavr, magistrant və doktorantlar üçün dərs vəsaiti kimi, habelə idarəetmə problemləri ilə məşğul olan tədqiqatçılar, dövlət qulluğunda çalışanlar və bu məsələlərlə məşğul olanlar üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: