Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Biofizika İnstitutunda doktorantura və dissertanturaya qəbul planı müzakirə olunub
15.10.2021 15:40
  • A-
  • A
  • A+

Biofizika İnstitutunda doktorantura və dissertanturaya qəbul planı müzakirə olunub

Oktyabrın 15-də AMEA-nın Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov iclası giriş sözü ilə açaraq şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib.

İclasın gündəliyində duran ilk məsələ institutun 2022-ci il üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul planının müzakirəsi ilə bağlı olub. Qeyd olunub ki, qəbul planına uyğun olaraq, növbəti tədris ilində fəlsəfə doktoru hazırlığı üzrə 1 nəfərin dissertanturaya qəbul edilməsi nəzərdə tutulub.

Daha sonra AMEA-da 2020/2021-ci tədris ilində doktorant və dissertant hazırlığı üzrə  AMEA Biofizika İnstitutu üçün ayrılmış plan yerlərinə qəbul olmuş doktorant və dissertantların təhsillərini adı çəkilən müəssisədə davam etdirmələri haqqında məsələ müzakirə edilib. Məsələ ilə bağlı Elmi şuranın sədri Oktay Qasımov çıxış edərək diqqətə çatdırıb ki, bu il Biofizika İnstitutunda müəssisənin kadr hazırlığı sahəsindəki fəaliyyətini daha da inkişaf etdirmək məqsədi ilə Təhsil şöbəsi yaradılıb.

Sonda AMEA Rəyasət Heyətinin “AMEA-nın və respublikanın digər elm və ali təhsil müəssisələrində 2021-ci ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatlar haqqında” qərarı müzakirə olunub və müvafiq tapşırıqlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: