Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının iştirakı ilə funksional xassəli çuqun alınıb
15.10.2021 17:46
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının iştirakı ilə funksional xassəli çuqun alınıb

AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və “Baku Steel Company”nin əməkdaşlarının birgə apardıqları elmi-tədqiqat işi nəticəsində şirkətin yayma istehsalatında istifadə olunan valların işçi hissəsi üçün innovativ metallurgiya texnologiyası əsasında daxili resurslar hesabına funksional xassəli çuqun alınıb.

Alınmış  çuqunun burulmağa, yeyilməyə və istismar zamanı sınmağa qarşı dözümlülüyü yüksəkdir. Həmin çuqunun iştirakı ilə işlənmiş bimetallik valların yayma prosesində tətbiqi hazırda müəssisəyə böyük iqtisadi səmərə verir.

Qeyd olunan valların xaricdən idxalı bir tərəfdən valyutanın ölkədən kənara çıxmasına səbəb olur, digər tərəfdən isə valların işçi səthi yeyildikdə məhsulun səthində müxtəlif qüsurlar baş verir ki, bu da istehsal olunan son məhsulun keyfiyyətinin və əmtəə görünüşünün aşağı düşməsinə səbəb olur. Alınmış çuqundan hazırlanmış vallarda bu qüsurlar aradan qaldırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: