Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Akademik Şahin Mustafayev beynəlxalq tədbirdə iştirak edib
18.10.2021 16:18
  • A-
  • A
  • A+

Akademik Şahin Mustafayev beynəlxalq tədbirdə iştirak edib

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində “Multikultural dünyada islam” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbirdə bir sıra ölkələrdən tarix, beynəlxalq münasibətlər, sosiologiya, dinşünaslıq və digər sahələrin mütəxəssisləri iştirak edib. Konfransın əsas məqsədi müasir dünyada islam dininin vəziyyəti, Yaxın Şərq, Şimali Afrika, Mərkəzi Asiya və Qafqaz ölkələrində baş verən mühüm ictimai-siyasi proseslərə dini amilin təsiri, beynəlxalq və regional təhlükəsizliyin təminində islam faktorunun rolu, islam aləmində sosial-iqtisadi inkişafın perspektivləri və digər məsələlərinin müzakirə edilməsi idi.

Konfransda akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev “Mərkəzi Asiya və Qafqazda islam mədəniyyəti: tarix və müasirlik” bölməsində “İslam və Azərbaycanın milli mədəniyyəti” mövzusunda məruzə ilə çıxış edib. Öz məruzəsində o, orta əsrlərdən fərqli olaraq XIX yüzillikdən etibarən modernizasiya prosesinə qədəm qoymuş Azərbaycanda müasir mədəniyyətin daha çox dini deyil, dünyəvi dəyərlər əsasında formalaşdığını qeyd edib, son dövrdə ictimai həyatda dini meyllərin nisbətən güclənməsi ilə əlaqədar Azərbaycan milli mədəniyyəti və kimliyinin hansı istiqamətdə təkamül edəcəyi sualı ətrafında öz fikirlərini bölüşüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: