Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Polimer kompozisiyaların əsasında bifunksional sorbentlərin alınması və tədqiqi” adlı kitab nəşr olunub
19.10.2021 17:05
  • A-
  • A
  • A+

“Polimer kompozisiyaların əsasında bifunksional sorbentlərin alınması və tədqiqi” adlı kitab nəşr olunub

AMEA-nın Polimer Materialları İnstitutunun Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov, laboratoriyanın aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Xəyalə Allahverdiyeva və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti, kimya üzrə fəlsəfə doktoru Reyhan Hacıyevanın həmmüəllifi olduqları “Polimer kompozisiyaların əsasında bifunksional sorbentlərin alınması və tədqiqi” adlı kitab işıq üzü görüb. 

Kitabda təbiətdə yaranmış  ekoloji problemlər ağır metal və neft məhsulları ilə çirklənmiş sahələrin təmizlənməsi istiqamətində aparılan kompleks tədbirlər, laboratoriyada mexaniki-kimyəvi sintez üsulu ilə alınmış müxtəlif polyar polimer qarışıqları əsasında köpüklənmiş polimer sorbentlərin sorbsiyaedici xüsusiyyətləri haqqında geniş məlumat verilib. Eyni zamanda, müəlliflər tərəfindən su və torpaq səthindən ağır metalların sorbsiya prosesinin nizamlanmasının prinsipial şəraiti, köpüklənmiş polimer sorbentlərin makro quruluşunun morfoloji təhlilləri aparılıb, işlənib hazırlanmış sorbentlərin neft və ağır metallar üçün yüksək effektivliyə malik olduqları qeyd olunub.

Sözügedən əsər elmi işçilər, ali təhsil müəssisələrinin müəllimləri, tələbələr, doktorantlar, magistrantlar, FHN-nin işçiləri və ekoloji təhlükəsizlik üzrə ixtisaslaşmış mütəxəssislər üçün nəzərdə tutulub. 

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: